Polis maşını baş nazirin limuzininə çırpıldı
Yeni Zelandiyanın Baş naziri Kristofer Laksonun avtomobili Vellinqton hava limanına gedən yolda qəzaya düşüb.
TodayPress xarici mediaya istinadla bildirir ki, avtomobildə həmçinin maliyyə naziri Nikola Uillis də olub.
Məlumata görə, noyabrın 27-də polis maşını Vellinqton hava limanı şossesində baş nazirin “Crown” markalı limuzininə çırpılıb.
Polis bu faktla bağlı araşdırmalara başlayıb.
tag: Yeni Zelandiya,Baş nazir,Kristofer Lakso,Avtoqəza,Limuzin,todaypress.az,