Pokrovsk Rusiya tərərfindən mühasirəyə alındı
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Ali Radanın tribunasından Pokrovsk şəhərinin qismən mühasirəyə alındığını bildirib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Bu səhər mən cəbhədən qayıtdım, Pokrovsk yarı mühasirəyə alınıb" deyə o, bildirib və Kursk bölgəsində Ukrayna ordusunun çətin vəziyyətdə olduğundan danışıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri və cəbhədə istehkamların tikintisi üçün avadanlıq çatışmazlığı var.
Töhfə Səməd
tag: Ukrayna,Pyotr Poroşenko,Ali Rada,Pokrovsk ,Silahlı Qüvvələri,todaypress.az,