Plov həvəskarlarının nəzərinə! – Düyüdən gələn təhlükə!

Dünya

24.06.2024 16:58

Son illərdə kişilərin mühüm problemlərindən biri keçəlləşmədir.

TodayPress xəbər verir ki, professor Canan Karatay buna düyü yeməyin səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, tez-tez plov yeyən kişilərdə keçəllik problemi daha çox olur. Belə ki, düyü kişilərdə saç tökülməsini artırır.

Keçəlliyin insulin çatışmazlığı ilə əlaqəli olduğunu ifadə edən Karatay D vitamini və Omeqa 3 çatışmazlığının da keçəlliyə səbəb olduğunu deyir.

"Kişilər bol kərə yağı, zeytun yağı və Omeqa 3 qəbul etməlidirlər. Onlar bol miqdarda D vitamini qəbul etməli və B 12 səviyyələrini yoxlatmalıdırlar. Saçların sağlamlığı üçün saç dərisinə düzgün qulluq və bol günəş vannası qəbul etmək də vacibdir".

Professorun sözlərinə görə, təkcə plovda deyil, bir çox yeməklərdə də istifadə olunan düyünün ən qorxulu zərəri şəkər xəstəliyinə tutulma riskini artırmasıdır.

tag: Plov, Düyü, Keçəllik, Kişilər, D vitamini, todaypress.az,