“Planetin qatili” Yerə yaxınlaşır
Dünya
27.06.2024 11:02
Bu gün Yer planetinin yanından 6,6 milyon km məsafədən nəhəng asteroid keçəcək.
TodayPress xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (EKA) məlumat yayıb.
Alimlərin “planetin qatili” adlandırdıqları böyük asteroid “2011 UL21” Yerə doğru hərəkət edir. Bu son 127 ildə Yerə yaxınlaşan ən böyük asteroidlərdən biri hesab olunur.
Qeyd edək ki, "2011 UL21" adlı səma cismi 66 milyon il əvvəl Yerə düşən və dinozavrların yox olmasına səbəb olan asteroiddən beş dəfə kiçikdir. Buna baxmayaraq, o Günəş sistemindəki ən böyük asteroiddir. "2011 UL21" planetlə toqquşarsa, əhəmiyyətli dərəcədə iqlim dəyişikliklərinə səbəb ola bilər.
Günəş Mərd
tag: Meteorit, Yer, Planet, Kosmik Agentlik, Planetin Qatili, todaypress.az,