PKK-ya qarşı əməliyyat keçirildi, 19 şübhəli saxlanıldı

Dünya

05.08.2024 14:22

Türkiyənin Van vilayətində PKK/KCK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirilib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatlar altı gün – iyulun 28-dən avqustun 4-dək davam edib. Nəticədə 19 şübhəli saxlanılıb.

Şübhəlilər haqqında hüquqi prosedurlar həyata keçirilir.

tag: PKK, Türkiyə, Van, Əməliyyat, Terror, todaypress.az,