PKK-nın rəhbərlərindən biri öldürüldü

Dünya

28.08.2024 13:32

1111

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İraqda yeni əməliyyat keçirib.

TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Bildirilib ki, Süleymaniye bölgəsində keçirilən əməliyyat nəticəsində Gülistan Tekik adlı PKK/KCK terror qruplaşmasının rəhbər şəxslərindən biri öldürülüb.

Məlumata görə, adıçəkilən terrorçu PKK-nın təbliğat və dezinformasiya işləri ilə məşğul olub, ideologiyasını insanlar arasında yayırmış.

Töhfə Səməd

tag: Türkiyə,İraq, Milli Kəşfiyyat, Terror,Əməliyyat, todaypress.az,