PKK-nın rəhbər şəxslərindən biri məhv edildi

Dünya

08.10.2024 12:50

1887

Türkiyədə terror aktı törətməyə hazırlaşan şəxs məhv edilib. 

TodayPress “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MİT) bildirilib.

Qeyd olunub ki, Türkiyədə kamikedze olmağa hazırlaşan PKK/YPJ üzvü Hezal Belge Suriyada keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

“Jinda Gundikramo” kod adlı terrorçu PKK-nın rəhbər şəxslərindən biri idi. O, 2004-cü ildə təşkilata qoşulub. 2019-cu ildən isə təşkilatın rəhbərliyində təmsil olunurdu.

tag: Türkiyə ,Suriya ,Terror ,PKK ,Hadisə ,todaypress.az,