PKK-nın iranlı “lideri” öldürüldü
Dünya
07.09.2024 16:21
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi əməliyyat nəticəsində PKK/KSK-nın Şimali İraqdakı İran nümayəndəsi adlandırılan Salihə Akbıyıkı Süleymaniyyədə zərərsizləşdirilib.
TodayPress “TRT Haber-ə istinadən xəbər verir ki, terrorçu Akbıyıkın İraqın İranla sərhəddə yerləşən Pencevin bölgəsində olduğu müəyyən edilib.
MİT-in sahə agentləri tərəfindən addım-addım təqib edilən Akbıyık, uyğun vaxtda təşkil edilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.
Bildirilib ki, o, 1993-cü ildən bu təşkilatda fəaliyyət göstərib.
Günəş Mərd
tag: Türkiyə,İraq, İran, MİT, Əməliyyat, PKK,todaypress.az,