PKK ilə əlaqəsi olan 3 partiyanın fəaliyyəti qadağan edildi

Dünya

06.08.2024 08:51

İraq Ali Məhkəmə Şurası terror təşkilatı PKK-ya bağlı 3 qondarma partiyanın fəaliyyətinə qadağa qoyulması barədə qərar qəbul edib.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında terror təşkilatı PKK-ya bağlı olan qondarma “Yəzidi Demokrat və Azadlıq Partiyası”, “Demokratik Mübarizə Cəbhəsi Partiyası” və “Tevgera Azadi”nin fəaliyyəti qadağan edilib və mülklərinə həbs qoyulub. 

Qərarda, sözügedən partiyaların PKK ilə əlaqəsinin  olması xəbərinin İraq Kəşfiyyat İdarəsi və Baş Nazirlik tərəfindən də təsdiqləndiyi bildirilib.

Qeyd edək ki, İraq mart ayında PKK-nı “qadağan olunmuş təşkilat” elan edib.

Günəş Mərd

tag: PKK, İraq, Terror, Təşkilat,Kəşfiyyat İdarəsi, todaypress.az,