“PKK ilə birgə Türkiyəyə hücum hazırlıyırıq” - ABŞ polkovnikindən ŞOK AÇIQLAMA
Dünya
15.08.2024 10:30
ABŞ-nin təqaüdçü polkovniki, Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqorun "Hazırda Suriyadakı qüvvələrimizi Türkiyəyə hücuma hazırlayırıq. Kimi nəzərdə tuturam? PKK təşkilatını və bəzi fərqli təşkilatları. Onlar Türkiyəyə hücum etmək üçün hazırlaşırlar" açıqlaması Türkiyədə müzakirələrə səbəb olub.
TodayPress “TGRT Haber”ə istinadən xəbər verir ki, ABŞ-nin Ankaradakı səfiri Ceff Flake bu mövzuya aydınlıq gətirib. O, Makqreqorun iddialarına belə cavab verib:
"Mən belə bir məlumat eşitməmişəm. Makqreqorun NATO ilə tamamilə əlaqəsi yoxdur. Bu iddiaya inanmayın. Onun dedikləri tamamilə cəfəngiyyatdır”.
Fleyk, həmçinin Makqreqorun ABŞ hökuməti adından danışmaq hüququ olmadığını vurğulayıb.
Günəş Mərd
tag: ABŞ, Pentaqon,Ankara,NATO, Türkiyə,todaypress.az,