PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
Türkiyədə fəaliyyəti qadağan olunan Kürd Fəhlə Partiyası (PKK) Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
TodayPress Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə terror təşkilatının bəyanatında deyilir.
Bəyanatda hücumun təşkilatın hərbi qanadı sayılan “ölümsüzlər” batalyonunun silahlıları tərəfindən həyata keçirildiyi vurğulanıb.
Terror aktının çoxdan planlaşdırıldığı iddia olunub.
Qeyd edək ki, Ankarada oktyabrın 23-də Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
tag: Ankara, Türkiyə,PKK, Terror,Kosmik, Aviasiya, todaypress.az,