Pit Heqset dövlət sirrini qohumları ilə bölüşüb?

Dünya

21.04.2025 15:24

5

ABŞ müdafiə naziri Pit Heqset ABŞ ordusunun Yəmənə planlaşdırılan zərbələri ilə bağlı məxfi məlumatları “Sıgnal” çat messenceri vasitəsilə paylaşıb. Çat qrupun iştirakçılar arasında onun əvvəllər “Fox” telekanalının prodüseri olan həyat yoldaşı, qardaşı və vəkili olub.

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” öz mənbələrinə istinadən məlumat yayıb.

Söhbət Yəmən aviareydləri üçün F/A-18 Hornet qırıcılarının uçuş qrafikindən gedib.

İddiaya görə, Heeqset “Signal” da “Müdafiə - komanda müşavirəsi” adlı qrup yaradıb ki, oarada onun yaxın çevrəsindən olan bir neçə nəfər yer alıb.

Pentaqon rəhbəri avtorizasiya üçün xidməti yox, məhz şəxsi telefon nömrəsindən istifadə edib.

Xəbərin ABŞ mediasında geniş rezonans doğurub.

ABŞ Müdafiə Nazirliyi Pit Heqsetin qohumları ilə məxfi məlumatları paylaşması ilə bağlı mətbuatda yayılan məlumatların yalan olduğunu bəyan edib.

tag: ABŞ,Pentaqon,Pit Heqset,Sirr,Todaypress.az,