Pezeşkian və Cəlili ikinci turda mübarizə aparacaqlar

Dünya

29.06.2024 13:51

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu keçiriləcək. 

TodayPress İran mediasına istinadən xəbər verir ki, hesablanan səslərə görə, namizədlərin heç biri nə Məsud Pezeşkian, nə dəki Səid Cəlili 50 faizdən çox səs toplamadığından ikinci turda mübarizə aparacaqlar.

Belə ki, Məsud Pezeşkian səslərin 42,45%-ni (10 mln 415 min 191), Səid Cəlili isə 38,61%-ni (9 mln. 473 min 298) toplayıb. 

İran Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Günəş Mərd

tag: Pezeşkian, Cəlili, Mübarizə, Səsvermə, İran, Seçki, todaypress.az,