Pezeşkian nazir vəzifələrinə namizədlər irəli sürdü
Dünya
11.08.2024 15:35
İran prezidenti Məsud Pezeşkian yeni nazirlər kabinetinin formalaşdırılmasını təklif etdiyi siyasətçilərin siyahısını parlamentə təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Siyahıda əvvəlki hökumətdən yalnız İnformasiya Nazirliyinin rəhbəri İsmayıl Xətib və ədliyyə naziri Əmin Hüseyn Rəhiminin adı var.
Pezeşkian İranın neft naziri vəzifəsinə Neft Nazirliyinin keçmiş nazir müavini Möhsün Paknejadın, iqtisadiyyat naziri vəzifəsinə Mərkəzi Bankın keçmiş sədri Abdolnasser Hemmatinin və kəşfiyyat naziri vəzifəsinə isə İsmayıl Xətibin namizədliyini siyahıda qeyd edib.
Günəş Mərd
tag: İran,prezident,nazir,parlament,todaypress.az,