Pezeşkian İslam ölkələri arasında sərhədləri ləğv etməyə çağırdı
Dünya
11.09.2024 17:11
İran prezidenti Məsud Pezeşkian iraqlı həmkarı Əbdül Lətif Rəşidlə görüşdə Avropa İttifaqından nümunə götürərək İslam ölkələri arasında sərhədlərin ləğv edilməsini istəyib.
TodayPress xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Pezeşkianın görüş zamanı İran və İraq arasında çoxillik və güclü əlaqələrə diqqət çəkdiyi, həmçinin müsəlman ölkələrinin vahid birliyinin yaradılmasının vacibliyini vurğuladığı qeyd olunub.
Onun fikrincə, İslam dünyasında birliyin gücləndirilməsi Qərbin sanksiyalarını səmərəsiz edəcək.
Pezeşkian, həmçinin İran və İraq arasında siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək üçün ixtisaslaşmış komissiyaların yaradılmasını təklif edib.
Günəş Mərd
tag: İran, Pezeşkian,İslam Dünyası, İqtisadi, Siyasi,Əbdül Lətif Rəşid, todaypress.az,