Pezeşkian: "İran heç vaxt öz hüquqlarından əl çəkməyəcək"
"İran dinc nüvə enerjisini inkişaf etdirmək öhdəliyini təsdiqləmək üçün ABŞ ilə dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək".
TodayPress xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
"Biz müharibəyə can atmadığımızı sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və çalışmayacaq, lakin ölkəmiz heç bir halda dinc nüvə enerjisinə dair hüquqlarından imtina etməyəcək" İran hökumətinin "Telegram" kanalı prezidentin sözlərini sitat gətirib.
Töhfə Səməd
tag: İran ,ABŞ ,Məsud Pezeşkian,todaypress.az,