Pezeşkian: İran Haniyənin qətlini cavabsız qoymayacaq
İran Yaxın Şərqdə
sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun
rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq.
TodayPress “ISNA”-ya
istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda
jurnalistlərlə açıqlamasında deyib.
Pezeşkianın sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.
tag: Iran, Pezeşkian, Haniyə, HƏMAS,todaypress.az,