Pezeşkian: “Husilərə hipersəs silahlarını ötürməmişik”

Dünya

16.09.2024 17:45

761

İran prezidenti Məsud Pezeşkian hipersəs silahlarının Yəmənə ötürülməsi ilə bağlı xəbərləri təkzib edib. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

“Yəmənlilərin İsrail ərazisinə atdığı heç bir hipersəs raketini İran onlara ötürməyib” deyə o bildirib.

Pezeşkian qeyd edib ki, İran və Yəmənin İsraillə bağlı baxışı eynidir.

"Bizim raketlərimiz var, lakin yəmənlilərin də öz texnologiyaları var” Pezeşkian əlavə edib.

Günəş Mərd

tag: Pezeşkian ,İran ,Silahlar ,Yəmən, İsrail, todaypress.az,