Pezeşkian birinci vitse-prezidenti təyin etdi
Dünya
28.07.2024 17:25
İran prezidenti Məsud Pezeşkian ölkənin yeni vitse-prezidentinin adını açıqlayıb.
TodayPress xəbər verir ki, yeni vitse-prezidenti islahatçı siyasətçi Mohammadrez Aref olub.
Arefin 72 yaşı var. O, İran siyasətinin islahatçı qanadına aiddir və əvvəllər 2001-2005-ci illərdə ölkənin birinci vitse-prezidenti vəzifəsində çalışıb.
İndi o, parlament və parlamentdən yuxarı Konstitusiyanın Mühafizəçiləri Şurası arasında mübahisələri həll edən Siyasi Məqsəd Şurasında oturur.
Qeyd edək ki, bu, İslam Respublikasının lideri Ayətullah Əli Xamenei tərəfindən təsdiqlənən prezidentin ilk təyinatıdır.
Günəş Mərd
tag: Pezeşkian ,İran,Aref,vitse-prezident,parlament,todaypress.az,