Pezeşkian: "ABŞ və İsrail hücuma keçsə, İran cavab verəcək"

Dünya

15.01.2025 13:20

"İran hərbi münaqişəyə can atmır, lakin ABŞ və ya İsrail ərazilərimizə hücum edərsə, cavab verəcəyik". 

TodayPress xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində bildirib.

Aparıcı İranın nüvə proqramının qarşısını almaq üçün ABŞ və İsrailin müzakirə etdiyi zərbəyə Tehranın reaksiyasının necə olacağını soruşub.

“Biz istənilən hərəkətə cavab verəcəyik. Biz müharibədən qorxmuruq, amma can da atmırıq” deyə Pezeşkian bildirib. 

Töhfə Səməd

tag: İran, Respublika ,Pezeşkian, Prezident, todaypress.az,