Peyklər yanacaqla doldurulacaq
Dünya
28.01.2025 19:15
İsraildə inkişaf etdirilən yeni yanacaq doldurma texnologiyası sayəsində peyklər orbitdə daha uzun müddət qala bilir.
TodayPress xəbər verir ki, bu barədə “Defence-Network” məlumat yayıb.
Yeni texnologiya “Astroscale” tərəfindən hazırlanıb.
Adı çəkilən layihə süni peyklərin yaxınlaşma və birləşmə texnologiyalarından istifadə edərək aşağı Yer orbitində yanacaq doldurmağa imkan verəcək.
Şirkət hazırda kosmosda peykin yanacaq mərkəzinə yaxınlaşması, yanacaqla təmini və xidmət missiyaları üçün kosmik sistemlərin dizaynı və istehsalı ilə məşğuldur.
Qeyd edək ki, kosmosda yanacaq doldurma texnologiyaları layihəsi beş il davam edəcək və ümumi büdcəsi 80 milyon dollardır.
Nicat Osman
tag: İsrail,Yanacaq,Texnologiya,Peyk,Todaypress.az,