Peter Siyarto rusiyalı həmkarı ilə neft və qaz tədarükü məsələlərini müzakirə etdi
Macarıstanın xarici işlər və
xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla
Rusiya neft və qazının tədarükü məsələlərini müzakirə edib.
TodayPress “RIA
Novosti”-yə istinadən xəbər verir ki, bu barədə macarıstanlı nazir jurnalistlərə
açıqlamasında deyib.
“Biz Rusiyadan Macarıstana təhlükəsiz
neft və qaz nəqli məsələsini müzakirə etdik” nazir vurğulayıb.
Siyarto bildirib ki, Rusiya
nefti Macarıstanın enerji təhlükəsizliyi üçün çox vacibdir.
tag: todaypress.az, Peter Siyarto, Sergey Lavrov, Neft və qaz, XİN,