Peskovdan sülh açıqlaması

Dünya

09.09.2024 14:33

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün hələlik real ilkin şərtlər yoxdur.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya Kansleri Olaf Şoltsun "danışıqların vaxtı çatıb" sözlərini şərh edərkən bildirib.

“Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə gəlincə, biz Avropa ölkələrindən müxtəlif bəyanatların şahidi oluruq, amma əslində bütün bunları, kollektiv Qərbi idarə edən ölkədən bu istiqamətdə bəyanatlar eşitmirik” deyə o, qeyd edib.

tag: Ukrayna,Münaqişə,Sülh,Rusiya ,Dmitri Peskov ,Almaniya Kansleri,Olaf Şolts,