Peskov Vensin Rusiyaya qarşı iddialarına cavab verdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin fikirlərinə cavab verib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
O bildirib ki, nizamlanma zamanı Rusiyanın milli maraqlarına hörmət vacibdir.
“Biz münaqişənin köklü səbəblərinin həll olunmasını və milli maraqlarımıza hörmət edilməsini istəyirik. Münaqişənin səbəbləri təhlükəsizliklə bağlı məsələlərdir və bu amillər nəzərə alınmalıdır".
Xatırladaq ki, Vens Rusiyanın sülh şərtlərini “həddindən artıq” adlandırıb və Moskva ilə Kiyev arasında mövqelərin hələ də çox uzaq olduğunu bildirib.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Vance,Peskov,