Peskov: “Türkiyə BRICS üçün vacibdir”
Dünya
25.10.2024 13:49
“Bütün BRICS ölkələri Türkiyənin birliyə qoşulmasında maraqlıdır”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “TRT World” telekanalına müsahibəsində deyib.
“Əlbəttə, Türkiyənin BRICS-ə qoşulması bütün BRICS üzvləri üçün çox vacibdir. Türkiyə böyük regional gücdür və qlobal məsələlərdə çox mühüm rol oynayır” deyə Peskov vurğulayıb.
O, Türkiyənin NATO üzvü kimi deyil, ilk növbədə bir dövlət kimi BRICS-ə maraqlı olduğunu vurğulayıb.
Günəş Mərd
tag: BRICS,NATO, Türkiyə, Rusiya, Prezident, todaypress.az,