Peskov səfərbərliklə bağlı açıqlama verdi
Dünya
05.09.2024 10:53
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yeni səfərbərliyin müzakirə olunub-olunmaması ilə bağlı suala cavab verib.
TodayPress xəbər verir ki, o, bu barədə “TASS”a danışarkən bildirib.
"Belə müzakirə hazırda yoxdur" deyə Peskov cavablandırıb.
Xatırladaq ki, Rusiyada qismən səfərbərlik 2022-ci ilin sentyabr və oktyabr aylarında baş verib. Bu müddət ərzində 300 mindən çox insan hərbi xidmətə çağırılıb. 2023-cü ildə müqavilə əsasında 500 min nəfər Rusiya Silahlı Qüvvələrinə qəbul edilib. 2024-cü ilin birinci yarısında 190 min insan müqavilə imzalayıb. Bundan sonra Vladimir Putin iyunun ortalarında hərbi əməliyyat zonasında 700 minə yaxın Rusiya hərbçisinin olduğunu bildirib.
Töhfə Səməd
tag: Rusiya, Prezident, Peskov, Səfərbərlik, Müqavilə, todaypress.az,