Peskov: “Rusiya Rumıniyadakı seçki proseslərinə müdaxilə etməyib”
Dünya
29.11.2024 16:15
“Rusiyanın Rumıniyada seçki proseslərinə müdaxilə etməsi ilə bağlı səsləndirilən ittihamlar əsassızdır”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bizim, ümumiyyətlə başqa ölkələrdə, xüsusən Rumıniyada seçkilərə müdaxilə etmək niyyətimiz olmayıb. Bunu etməyəcəyik. Bununla bağlı istənilən ittihamlar tamamilə əsassızdır” Kreml sözçüsü bildirib.
Peskov qeyd edib ki, Rusiyaya qarşı bu cür ittihamlar Qərb ölkələrində mövcud olan tendensiyanın “nəsə baş veribsə, ilk növbədə Rusiyanı günahlandırmalıyıq” fikrinin imitasiyasıdır.
Günəş Mərd
tag: Rusiya, Rumıniya, Seçki, Peskov, Qərb, todaypress.az,