Peskov: “Rusiya Moldovada seçkilərə müdaxilə ittihamlarını rədd edir”
Dünya
14.10.2024 16:35
Rusiya Kişinyovun Kremlin Moldovada keçiriləcək seçkilərə müdaxiləsi ilə bağlı ittihamlarını rədd edir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz bu ittihamları qəti şəkildə rədd edirik. Biz başqalarının daxili işlərinə qarışmırıq. Moldovada Rusiya ilə yaxşı münasibət qurmaq istəyən çoxlu siyasi qüvvələr və vətəndaşlar var. Onlar bu hüquqdan məhrumdurlar” Kreml sözçüsü deyib.
O, qeyd edib ki, Moldovanın hazırkı hakimiyyəti müxalifətin siyasi təmsilçilik hüququnu rədd edir və Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasından danışır.
Xatırladaq ki, oktyabrın 14-də Moldova Mərkəzi Seçki Komissiyası oktyabrın 20-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edən dörd müxalifət namizədinə xəbərdarlıq edib. Mərkəzi Seçki Komissiyası onların dördündə də seçki kampaniyasının maliyyələşdirilməsində qanun pozuntuları aşkar edib.
Günəş Mərd
tag: Peskov ,Rusiya ,Moldova ,Seçki ,todaypress.az,