Peskov: Rusiya İran-ABŞ danışıqlarını alqışlayır

Dünya

19.04.2025 16:56

56

İranın nüvə proqramı ilə bağlı bütün məsələlər diplomatik yolla həll olunmalıdır 

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “IRNA” agentliyinə müsahibəsində məlumat verib. 

Onun sözlərinə görə, Rusiya İran və ABŞ arasında danışıqların başlanmasını alqışlayır və Tehranın nüvə proqramı ilə bağlı bütün məsələlərin siyasi-diplomatik yolla həllini dəstəkləyir: 

“Biz əminik ki, İranın nüvə proqramı və Hərtərəfli Birgə Fəaliyyət Planı ilə (JCPOA) bağlı bütün məsələlər yalnız siyasi və diplomatik vasitələrlə həll edilməlidir” deyə Peskov qeyd edib.

tag: Peskov,Rusiya,İran,ABŞ,Todaypress.az,