Peskov: “Rusiya Gürcüstanın işlərinə qarışmır”
Dünya
28.10.2024 16:30
“Rusiya Gürcüstanın daxili işinə qarışmır”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Gürcüstanda sabitliyi pozmaq cəhdləri açıq şəkildə görünür.
“Müdaxilə cəhdləri adi gözlə də görünür, lakin Rusiyadan yox Avropa ölkələrindən çoxlu sayda qüvvələr səsvermənin nəticələrinə təsir göstərməyə çalışırlar. Onlardan fərqli olaraq, biz Gürcüstanın daxili işlərinə qarışmırıq və qarışmaq niyyətində deyilik” deyə Peskov yekunlaşdırıb.
Günəş Mərd
tag: Gürcüstan, Peskov, Avropa,Sabitlik, todaypress.az,