Peskov: “Rusiya Əsədi dəstəkləməyə davam edir”
Dünya
02.12.2024 19:30
Rusiya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edir, Dəməşqlə əlaqə saxlayır və bu ölkədəki vəziyyəti təhlil edir.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Əlbəttə, biz Bəşər Əsədi dəstəkləməyə davam edirik. Suriya hakimiyyəti ilə təmaslarımız yüksək səviyyədədir” o qeyd edib.
Günəş Mərd
tag: Suriya, Rusiya, Bəşər Əsəd,Dəməşq, todaypress.az,