Peskov: Rusiya Azərbaycan və Ermənistanınişlərinə qarışmır
Dünya
08.10.2024 21:57
Rusiya
Azərbaycan və Ermənistanın işlərinə qarışmır.
TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi
Dmitri Peskov “İzvestiya” nəşri ilə söhbətində İlham Əliyev və Nikol Paşinyanın
MDB-yə üzv ölkələrin dövlət başçıları şurasının iclasında yan-yana oturması
faktını şərh edərkən bildirib.
Onun sözlərinə görə, MDB
ölkələrinin başçılarının həmişə bir masa arxasında otururlar.
Peskov qeyd edib ki,
Azərbaycan və Ermənistan bu və ya digər şəkildə MDB çərçivəsində dialoqu davam
etdirirlər.
tag: Peskov, Rusiya, Azərbaycan, Ermənistan, todaypress.az,