Peskov: “Qərbdə söz azadlığı yoxdur”
“Artıq Qərbdə söz azadlığı yoxdur.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Qərbdə söz azadlığı yoxdur. Son bir neçə ildə baş verən hadisələr isə bunun sübutudur” deyə o, bildirib.
Eyni zamanda, Dmitri Peskov Amerika və Avropa nəşrləri tərəfindən fəal şəkildə dərc olunan “sifarişli materiallara” xüsusi diqqət yetirməyə çağırıb. Onun fikrincə, hətta "ən mötəbər" media qrumlarına məxsus məqalələrdə də çox saylı saxtakarlıqlar tapmaq mümkündür.
Töhfə Səməd
tag: Qərb, Rusiya, Peskov, Avropa, Söz Azadlığı, todaypress.az,