Peskov: "Putinin Şolts və ya Tramp ilə görüşü planlaşdırılmır"

Dünya

05.01.2025 18:00

Rusiya lideri Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts və ya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş planlaşdırılmır.

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Hazırda Putin və Şolts və ya Tramp arasında görüş planlaşdırılmır" Kremlin sözçüsü bildirib. 

Qeyd edək ki, bundan əvvəl bildirilmişdi ki, Şolts fevralın 23-dən, yəni ölkədə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərindən əvvəl Putinlə görüşmək üçün Moskvaya səfər edə bilər. 

Günəş Mərd 

tag: Putin,Şolts,Almaniya,Rusiya,Tramp,Görüş,Todaypress.az,