Peskov Putin və Si Cinpinin görüşündən danışdı

Dünya

08.05.2025 10:10

11

“Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında gözlənilən görüş uzunmüddətli və müxtəlif formatlarda keçiriləcək”. 

TodayPress xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “RİA”ya məlumat verib. 

O bildirib ki, görüş zamanı liderlərin beynəlxalq vəziyyət, regional proseslər və Rusiya–Çin münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparacağı gözlənilir.

Danışıqlar həm məhdud, həm də geniş tərkibdə, iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq.  Tərəflərin görüşdən sonra birgə sənədlər imzalayacağı, KİV-ə bəyanatlarla çıxış edəcəyi və rəsmi işgüzar naharın keçiriləcəyi planlaşdırılır.   

Qiymət Mahir

tag: Peskov,Putin,Si Cinpin,Görüş,Todaypress.az,