Peskov: “Putin Ukrayna ilə atəşkəs danışıqlarına hazırdır”

Dünya

22.04.2025 14:55

5

Kreml Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə mülki hədəflərdə atəşkəs məsələsi ilə bağlı ikitərəfli danışıqlara hazır olduğunu açıqlayıb. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.   

“Prezident Putin dəfələrlə danışıqlar yolu ilə problemləri həll etməyə hazır olduğunu bildirib. Bu növbəti dəfə təkrar olunur” deyə Peskov jurnalistlərə açıqlamasında deyib.

tag: Peskov,Putin,Rusiya,Ukrayna,Todaypress.az,