Peskov: “Nüvə doktrinasına dəyişiklik gündəmdədir”
Dünya
26.09.2024 09:46
“Rusiya prezidenti Vladimir Putinin yenilənmiş nüvə doktrinasını təsdiq edən fərmanı hazır olduqdan sonra veriləcək”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, dəyişikliklər edilməsi planlaşdırılan Rusiya nüvə doktrinasının hazırkı variantı 2020-ci ilin iyununda Rusiya prezidentinin fərmanı ilə təsdiq edilib.
Nəzərinizə çatdıraq ki, Kremldə Rusiyanın nüvə doktrinasında dəyişiklik etməsi Qərbə xəbərdarlıq kimi qiymətəndirilir.
Günəş Mərd
tag: Rusiya ,Putin ,Prezident ,Kreml ,Nüvə, Qərb ,todaypress.az,