Peskov: “Moskva Polşanın mümkün addımlarına cavab verəcək”

Dünya

04.02.2025 16:09

“Polşa Rusiyaya məxsus diplomatik əmlakı müsadirə etmək istəsə, Rusiya eyni dərəcədə cavab tədbirləri görəcək”.   

TodayPress xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı danışıb. 

“Bütün mümkün tədbirləri görəcəyik. Lakin bu tədbirlər indi məhdud çərçivədədir, çünki Varşavanın aqressiv rusofob siyasəti davam edir” deyə Peskov vurğulayıb. 

Xatırladaq ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev daha əvvəl Varşavanın Rusiyaya məxsus bir neçə əmlak üzərində iddia irəli sürdüyünü bildirmişdi.  Onun sözlərinə görə, Polşa hakimiyyəti bu obyektləri Rusiya əmlakı kimi tanımaqdan imtina edir və onların gələcəyi ilə bağlı hansı planlarının olduğu məlum deyil. 

Qiymət Mahir

tag: Polşa,Rusiya,Kreml,Peskov,Todaypress.az,