Peskov: “Makronun təhlükəsizlik ideyaları Rusiyanı narahat edəcək”
Dünya
23.09.2024 15:57
“Fransa prezidenti Emmanuel Makronun danışdığı Avropanın yeni təhlükəsizlik arxitekturası Moskvanı xüsusilə narahat edəcək”.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa liderinin bəyanatını belə şərh edib.
“Bu, qanuni təhlükəsizlik maraqlarımızı və müvafiq təminat sistemimizi təmin etmək üçün bizdə xüsusi narahatlıq doğuracaq” Kremlin sözçüsü bildirib.
Qeyd edək ki, bundan əvvəl Makron Parisdə beynəlxalq sülh konfransı zamanı demişdi ki, Avropa, Avropa İttifaqı və NATO ilə məhdudlaşmır, qitə ölkələri də yeni dünya nizamının qurulmasına diqqət yetirməlidirlər, çünki hazırkı nizam İkinci Dünyadan sonra qurulub.
Günəş Mərd
tag: Fransa, Moskva, Paris, NATO, Peskov ,todaypress.az,