Peskov Lula da Silvanın səfəri ilə bağlı danışmadı
Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Moskvaya mümkün səfəri ilə bağlı suallar Kremlin şərhsiz cavabları ilə qarşılanıb.
TodayPress xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələ ilə bağlı birmənalı açıqlama verməyib.
“Hazırda bu barədə heç nə deyə bilmərəm. Əgər hansısa formatda təmaslar razılaşdırılarsa, əlavə məlumat veriləcək” deyə Peskov brifinqdə bildirib.
Qiymət Mahir
tag: Braziliya,Luiz İnasio Lula da Silva,Moskva,Kreml,Rusiya,Dmitri Peskov,todaypress.az,