Peskov: "Kreml İran-ABŞ danışıqlarını dəstəkləyir"
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İranın nüvə proqramı ilə bağlı bütün məsələlər siyasi və diplomatik yolla həll edilməlidir.
TodayPress xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Peskov əlavə edib ki, Rusiya İran və ABŞ arasında danışıqların başlanmasını dəstəkləyir və Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində məsələlərin sülh yolu ilə həllinə üstünlük verir.
Qeyd edək ki, bu gün İran-ABŞ danışıqlarının ikinci raundu baş tutub.
Türkan İsgəndərli
tag: Peskov,Rusiya,İran,ABŞ,Todaypress.az,