Peskov: “İran Rusiyaya yaxınmənzilli raketlər verməyib”

Dünya

09.09.2024 16:00

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və İranın mühüm sahələrdə əməkdaşlığı davam etdirəcəyini bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.  

Kreml sözçüsü İranın Rusiyaya yaxınmənzilli raketlər göndərdməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib: 

O, bu mövzuda dərc olunan xəbərlərin heç də həmişə həqiqəti əks etdirmədiyini bildirib: 

“Bu cür məlumatlar reallığa uyğun gəlmir” deyə Peskov qeyd edib.  

Günəş Mərd

tag: Rusiya,Dmitri Peskov,İran,Kreml,Raket,todaypress.az,