Peskov: “ICC-nin qərarı mənasız və absurddur”

Dünya

26.06.2024 15:05

“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanımır, ona görə də Müdafiə Nazirliyinin keçmiş rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə dair orderlər mənasızdır, absurddur”. 

TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

“O sərəncamları tanımırıq. Biz onları Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belova ilə bağlı olan əvvəlki iki sərəncam kimi absurd hesab edirik” deyə Dmitri Peskov bildirib. 

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi general Valeri Gerasimovun həbsi ilə bağlı order verib. Məhkəmə onları hərbi və insanlığa qarşı cinayətdə və qeyri-insani hərəkətlərdə ittiham edir. 

Günəş Mərd

tag: Peskov, Sergey Şoyqu, Valeri Gerasimov, Sərəncam, Qərar, todaypress.az,