Peskov danışıqların məqsədini açıqladı
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlar təşəbbüsünü şərh edib.
TodayPress xəbər verir ki, o, bu barədə “Birinci Kanal”a açıqlamasında danışıb.
Bildirib ki, danışıqların əsas məqsədi münaqişənin dərin səbəblərini aradan qaldırmaq və Rusiyanın milli maraqlarını təmin etməkdir.
Peskov qeyd edib ki, Putinin 15 mayda İstanbulda ilkin şərtsiz birbaşa danışıqlara dair təklifi Rusiyanın sülhə nail olmaqda ciddi niyyətini göstərir.
Qiymət Mahir
tag: Rusiya,Dmitri Peskov,Ukrayna,Putin,todaypress.az,