Peskov: “ABŞ-nin etdikləri Rusiyaya hücumdur”
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Rusiya mediasına qarşı sanksiyalarını şərh edib.
TodayPress xəbər verir ki, onun sözlərini “TASS” sitat gətirib.
Kremlin sözçüsü ABŞ-nin hərəkətlərini Rusiya mediasına və onların liderlərinə hücum adlandırıb.
"Bu, bir daha onu göstərir ki, amerikalılar əslində hər şeyə qadirdirlər: Rusiyanı sıxışdırmaq, ən vicdansız üsullardan istifadə etmək, bütün yollara əl atmaq və s." deyə Peskov bildirib.
Töhfə Səməd
tag: Rusiya ,Dmitri Peskov ,ABŞ ,Kreml, Hücum ,todaypress.az,