PERUDA ZƏLZƏLƏ: Sunami təhlükəsi elan edildi
Dünya
28.06.2024 12:09
Peru sahillərində 7 maqnitudada zəlzələ baş verib və sunami təhlükəsi elan edilib.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 250 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 56 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.
tag: Peru, Zəlzələ, Sunami, Təhlükə, Episentr, todaypress.az,