Peruda helikopter qəzaya uğradı: 11 nəfər xəsarət aldı
Dünya
17.01.2025 10:32
Perunun şimalında polis helikopterinin qəza enişi nəticəsində 11 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Məlumata görə, polis helikopteri Amazonas bölgəsində qəza enişi edib.
“Müdafiə naziri yaralı polislərin xəstəxanada müalicə olunmaq üçün paytaxt Limaya köçürülməsinə kömək etmək üçün aerodrom ərazisinə gəlib. Yaralılardan 8-i polis təyyarəsi, qalan 3-ü isə Peru ordusunun təyyarəsi ilə xəstəxanaya aparılıb” deyə məlumatda bildirilib.
Ölkənin Daxili İşlər Nazirliyi əlavə edib ki, pilotun peşəkarlığı helikopterin təcili enişini uğurla həyata keçirməyə imkan verib.
Günəş Mərd
tag: Peru, Şimal, Polis ,Helikopter, Qəza, todaypress.az,