Peruda avtobusun qayadan aşması nəticəsində azı 20 nəfər həyatını itirdi

Dünya

16.07.2024 21:38

Peruda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb.

TodayPress “Əl Cəzirə”yə istinadən  xəbər verir ki, içərisində 40-dan çox adamın olduğu avtobus səhər saatlarında paytaxt Limadan Ayakuço istiqamətində hərəkət edərkən, təxminən 200 m yüksəklikdəki qayadan aşıb.

Qəza nəticəsində azı 20 nəfər ölüb, yaralılar xəstəxanaya çatdırılıb.

Perunun təhlükəli dağ yollarında ölümcül avtobus qəzaları adi haldır.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Peruda avtobusun dağlıq yoldan çıxaraq yamacdan aşması nəticəsində azı 24 nəfər həyatını itirmişdi.

Nəzrin Cavadzadə

tag: Peru, Ayakuço, Avtobus, Hadisə, todaypress.az,