Peruda avtobusun aşması nəticəsində 4 nəfər öldü, 20 nəfər xəsarət aldı
Dünya
03.08.2024 04:00
Perunun paytaxtı Limada qəbiristanlığın yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
TodayPress “Andina” xəbər agentliyinə istinadən xəbər verir
ki, avtobus Perunun Cənubi Panamerikan magistralının 34-cü kilometrliyində,
Limanın cənubunda, Jardines de la Paz qəbiristanlığının yaxınlığında qəzaya
uğrayıb.
Boru və
hidravlik birləşmələr istehsal edən şirkətin işçilərini daşıyan avtobus
qarşısına bir avtomobil çıxdıqdan sonra aşıb.
Yaralılar rayon
xəstəxanalarına çatdırılıb.
Nəzrin Cavadzadə
tag: Peru, Lima, Qəza,Panamerikan, todaypress.az,