Peruda 5,6 bal gücündə zəlzələ baş verdi

Dünya

13.07.2024 04:00

Perunun Tarata şəhərindən 57 km şərqdə 5,6 bal gücündə zəlzələ baş verib.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Dərinliyi 163,3 km olan zəlzələnin episentrinin ilkin olaraq 17,40 dərəcə cənub eni, 69,50 dərəcə qərb uzunluğu olduğu müəyyən edilib.

Nəzrin Cavadzadə

tag: Peru, Zəlzələ, Episentr, Geoloji Xidmət, Tarata,